BAKI, 13 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini qorumaq üçün zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Salem News Channel” telekanalına müsahibəsində danışıb.

İrana qarşı hərbi gücdən istifadə etmək məsələsində tərəddüd edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Xeyr, heç bir tərəddüd yoxdur. Hazırda bizim üçün hər şey çox yaxşı gedir”.

ABŞ Prezidenti mümkün hərbi əməliyyatın şərtləri və vaxtı barədə əlavə açıqlama verməyib.

Mövzu ilə bağlı “Reuters” də noyabrın 12-də Trampın İranla razılaşmaya ehtiyac görmədiyini və Vaşinqtonun Tehrana təzyiqləri davam etdirdiyini yazıb.