BAKI, 13 noyabr. TELEQRAF

Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın Avropa ölkələrinin iştirakı olmadan əldə edilməsi mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Dublində jurnalistlərə açıqlamasında bildirib.

“Son bir neçə ay ərzində avropalılarla çox sıx əməkdaşlıq etmişik və hesab edirəm ki, bu, son dərəcə vacibdir. Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı əldə edə bilməyəcəyik”, – Kuşner vurğulayıb.

O, Ukrayna münaqişəsinin həlli prosesində ABŞ-nin Avropadakı müttəfiqlərinin iştirakının vacibliyini qeyd edib.