BAKI, 13 noyabr. TELEQRAF

Rusiya və Ukrayna münaqişənin nizamlanması üzrə növbəti danışıqlara Avropa ölkələrinin nümayəndələrinin də cəlb olunmasına razılıq veriblər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner "X" sosial şəbəkəsində bildirib.

“Hər iki tərəf artıq növbəti danışıqların formatının genişləndirilməsinə və avropalı tərəfdaşlarımızın prosesə qoşulmasına razılıq verib”, – Kuşner qeyd edib.

Onun sözlərinə görə, bu qərar Ukrayna ilə Rusiya arasındakı ərazi fikir ayrılıqları ilə yanaşı, müharibədən sonrakı dövrdə Avropanın təhlükəsizliyinə dair daha geniş razılaşmaların müzakirəsinə imkan yaradacaq.

Kuşner növbəti danışıqların konkret tarixini açıqlamayıb.