BAKI, 15 fevral. TELEQRAF

İnsanın nə zaman öləcəyini bilən süni intellekt xidməti internetdə populyarlıq qazanmaqdadır.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, "Death Clock" adlı pulsuz resurs yaş, çəki, həyat tərzi, o cümlədən alkoqol istehlakı, siqaret çəkmə, pəhriz və fiziki fəaliyyət kimi vərdişlər haqqında daxil olan məlumatları təhlil edərək ömrü hesablayır.

Xidmət həmçinin müəyyən məlumatlar əsasında istifadəçilərin hazırkı yaşını dəqiq yazır və ölümünə neçə gün qaldığını ekranda göstərir.

Ölüm tarixini proqnozlaşdırmaqla yanaşı, "Death Clock" istifadəçilərə virtual məzar daşı yaratmaq imkanı təklif edir.

Xidmətin üstünlüyü ondadır ki, istifadəçilərə ömrü uzatmaq üçün davamlı məşq etməyi tövsiyə edir, siqaret və spirtli içkidən uzaq durmağı məsləhət görür.

“Daily Mail” qeyd edir ki, “Ölüm saatı” ilə bağlı proqnozların nə qədər doğru olduğu hələ aydın deyil.