
BAKI, 14 fevral. TELEQRAF
Rusiya rəsmiləri tərəfindən azad edilən amerikalı Mark Vogel xatirə olaraq Lev Tolstoyun “Anna Karenina” romanını özü ilə ABŞ-yə aparıb.
Teleqraf xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalının “Vesti” proqramının efirində məlumat verilib.
Xatırladaq ki, Vogel 2022-ci ildə narkotik qaçaqmalçılığında ittihamı olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.