BAKI, 14 fevral. TELEQRAF

Rusiyada Dövlət Dumasına uzun illər nikahda olan ailələrə ödənişlərin verilməsi haqqında qanun layihəsi təqdim olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” mənbələrinə istinadən məlumat yayıb.

"Uzun müddət evli olan cütlüklərin toylarının ildönümündə yerli hakimiyyət orqanları birdəfəlik nəğd ödənişlər həyata keçirirlər", - liberal demokratlardan olan deputatların hazırladıqları qanun layihəsində qeyd olunur.

Rusiyanın 89 regionundan 19-da tətbiqi nəzərdə tutulan qanun layihəsində 50 il birlikdə olan ailələrə "qızıl toy" mükafatı təqdim olunacaq. Bu cür ailələrin 55, 60, 65 və 70-ci evlilik ildönümündə də mükafatlar nəzərdə tutulub.