BAKI, 13 fevral. TELEQRAF

Massaçusets xəstəxanasının alimləri müəyyən ediblər ki, həftədə iki dəfə qatıq yemək kolorektal xərçəngin inkişaf riskini azaldır.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri "Gut Microbes" jurnalında dərc olunub.

Tədqiqatda 100 000 qadın tibb bacısı və 51 000 kişi tibb işçisinin sağlamlıq və qida rasionu barədə məlumatlarından istifadə edilib. Birinci qrup 1976-cı ildən, ikinci qrup isə 1986-cı ildən monitorinq olunub.

Tədqiqatçılar iki tədqiqat qrupunda ümumiulikdə 3079 kolorektal xərçəng diaqnozunu aşkar ediblər. Alimlər izah etdilər ki, bifidobakterium proksimal kolorektal xərçəng yoğun bağırsağın sağ hissəsində meydana gələn bir şiş növüdür.

Nəticələr göstərib ki, həftədə bir porsiya qatıq yeyən iştirakçılarda xərçəng xəstəliyinin inkişaf riski azalıb.

Elm adamları qatığın bağırsaq mikrobiomunu, o cümlədən bifidobakteriyaların fəaliyyətini dəyişdirə biləcəyini ehtimal edirlər. Bu, qatığın iltihab əleyhinə xüsusiyyətləri ilə izah olunur.