![](https://teleqraf.az/storage/2025/02/12/715x378/ukr-1.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ən xoşbəxt uşaqların ilin hansı fəslində dünyaya gəldikləri məlum olub.
Teleqraf yourtango.com saytına istinadən xəbər verir ki, bu qənaətə Avropa alimləri gəliblər.
Onların fikrincə, yayda doğulan uşaqlar qışda dünyaya gələnlərlə müqayisədə daha əsəbi olurlar.
Yazda dünyaya gələn uşaqlar yetkinlik dövründə həddindən artıq pozitiv, şən və nikbin təsir bağışlayırlar.
Payızda doğulanlar isə daha çox depressiyaya düşürlər.
Aparılan araşdırmaya görə, insanın doğulduğu fəsil onun yetkinlik dövründə sahib olacağı şəxsiyyətə də böyük təsir göstərir.
“Bunun səbəbi ilin fəslinin uşağın beynindəki şəxsiyyət xüsusiyyətlərinə təsir edən kimyəvi maddələrə təsir etməsidir. Bu, doğulan bütün uşaqlara şamil edilməsə də, bəzilərinə aiddir”, - deyə tədqiqatçıların məqaləsində bildirilir.