
BAKI, 12 fevral. TELEQRAF
Rusiyanın Voloqda vilayətində ilk övladını dünyaya gətirmiş 25 yaşınadək qadınlar üçün birdəfəlik ödəniş tətbiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə vilayət qubernatorunun mətbuat xidməti məlumat verib.
Bildirilir ki, 1 yanvar 2025-ci ildən sonra vilayətdə ilk övladını dünyaya gətirən gənc analar 100 min rubl (1750 manatdan çox) ödəniş alacaqlar.