![](https://teleqraf.az/storage/2025/02/11/715x378/rs_(1).jpg)
BAKI, 11 fevral. TELEQRAF
Yeni kəşf edilmiş asteroidin 2032-ci ildə Yer kürəsi ilə toqquşması ehtimalı iki dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yeni müşahidələri bu təxminləri 2.3 faizə artırıb. Əvvəllər Amerika kosmik agentliyi bu riski daha aşağı qiymətləndirib.
2024 YR4 adlı asteroidi aprel ayına qədər teleskopla kosmosda müşahidə etmək mümkün olacaq.
Tədqiqatçıların fikrincə, 2024 YR4-ün infraqırmızı təsvirlərinin əldə edilməsi alimlərə bu göy cisminin ölçülərini maksimum dəqiqliklə müəyyən etməyə imkan verəcək.
Asteroidin Yer üçün yaratdığı təhlükə Turin şkalası üzrə 3-cü səviyyədə (sarı səviyyə) qiymətləndirilir. O da qeyd edilir ki, daha dəqiq hesablamalar nəticəsində asteroidlərin toqquşma ehtimalı sıfıra endirilə bilər.