![](https://teleqraf.az/storage/2025/02/11/715x378/owl_detail_240_8c11e26f023136508816e75e329396eb.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Axşam bir parça tünd şokolad yemək tez yuxuya getməyə kömək edir.
Teleqraf xəbər verir ki, qidalanma mütəxəssisi Ferqus Smiters "Daily Mirror"a belə deyib.
Mütəxəssisin sözlərinə görə, tünd şokoladın yuxu gətirməsi tərkibindəki triptofan adlı amin turşusu ilə izah olunur. O qeyd edib ki, bu maddə serotonin səviyyəsini artırır və beləliklə yuxu rejimini və əhval-ruhiyyəni tənzimləməyə kömək edir.
Şokoladda yuxuya faydalı başqa bir element - maqnezium da var: "Bu, əzələləri rahatlamağa kömək edir, sakitlik və yuxu gətirir".