![](https://teleqraf.az/storage/2025/02/11/715x378/martina-oliva.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Argentinada gözəllik kraliçası Martina Oliva qızının bel çantasında 22 kiloqram kokain gizlətdiyinə görə həbs edilib.
Teleqraf “Need To Know” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı Martina 29 yaşlı Qustavo Tolaba ilə birgə Salta beynəlxalq hava limanının yaxınlığında saxlanılıb.
Tolabanın məşhur cinayətkar olduğu ortaya çıxıb. O, nüfuzlu cinayətkar qruplardan birinə işləməkdə şübhəli bilinir.
Gözəllik kraliçası tutulan zaman iki azyaşlı qızı da yanında olub. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qızlardan birinə məxsus bel çantasında narkotik aşkar ediblər. 22,6 kilo çəkisi olan kokain nazik alüminium təbəqəyə bükülübmüş.
Məlumatda bildirilir ki, Oliva bir çox gözəllik müsabiqələrində iştirakı ilə məşhurlaşıb və “Miss Oran” titulunu qazanıb. O, “Miss Argentina”ya düşmək üçün Salta əyalətinin gözəllik kraliçası olmağa çalışsa da, finala çıxa bilməyib. Buna baxmayaraq, Oliva geniş populyarlıq qazanıb və internetdə bahalı paltar və çantalar satan uğurlu biznesə sahibdir.