BAKI, 10 fevral. TELEQRAF

Polşada meşələrin birində nadir qara canavar aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat verib.

Polşada 13 ildir canavarların monitorinqi ilə məşğul olan mühafizə qrupu qara canavarı brakonyerlikdən qorumaq üçün onun yerini açıqlamır.

CNN-in məlumatına görə, Polşadakı 2500-3000 canavarın əksəriyyəti boz rəngdədir.