BAKI, 10 fevral. TELEQRAF

2025-ci ilin yanvarı son illərin ən isti ayı olub.

Teleqraf xəbər verir ki, bu barədə Avropanın iqlim dəyişikliyinin monitorinq xidməti "Coepernicus" məlumat yayıb.

Məlumata görə, ötən ay orta qlobal temperatur əvvəlki illərdən 1,75°C yuxarı olub.

Bu iqlimşünaslar arasında ciddi narahatlıq yaradır.

Elm adamları "El-Nino" adlanan istiləşmənin pik nöqtəsindən sonra qlobal temperaturu tənzimləyən "La Nina" adlı soyutma mərhələsinin başlayacağını gözləyirdilər.

Lakin bu baş verməyib. Bu ilin yanvar ayı 2024-cü ilin həmin ayında qeydə alınan rekorddan 0,09°C isti olub.