![](https://teleqraf.az/storage/2025/02/09/715x378/ap_670868231658-pic905-895x505-39126.jpg)
BAKI, 9 fevral. TELEQRAF
Kolorado Universitetinin alimləri ana südünün göz toxumasının bərpasına faydalı olduğunu aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə məqalə "Current Eye Research" elmi jurnalında dərc olunub.
Pasiyentlərdən biri xəstə uşağının buynuz qişasının (gözün ön hissəsini əhatə edən xarici təbəqə - red.) kimyəvi yanığını müalicə etmək üçün ana südündən istifadə etdiyini bildirib. Nəticə təsirli olub: yara gözlənildiyindən daha tez sağalıb.
Tədqiqat ideyası da bundan sonra yaranıb. Mütəxəssisləri ana südünün müalicəvi potensialını öyrəniblər.
Heyvanlar üzərində aparılan təcrübədə tədqiqatçılar buynuz qişası yaralarının ana südü ilə müalicəsinin daha tez sağalmaya səbəb olduğunu müəyyənləşdiriblər. Alimlər həmçinin ana südündə hüceyrə proliferasiyasının göstəricisi olan Ki67 zülalının yüksək səviyyələrini aşkar ediblər ki, bu da sağalmanı sürətləndirir.
Ana südünün işləmə mexanizmləri hələ aydın olmasa da, tədqiqatçılar onun tərkibinin, o cümlədən zülallar, böyümə faktorları və digər bioaktiv maddələrin quru göz sindromunun ağır formalarını müalicə etmək üçün istifadə edilən serum gözyaşardıcılığına bənzədiyini düşünürlər.