![](https://teleqraf.az/storage/2025/02/09/715x378/1mil-768x512.jpg)
BAKI, 9 fevral. TELEQRAF
Tver vilayətində 10 saylı cəzaçəkmə koloniyasının məhkumu azadlığa çıxdıqdan sonra monastıra üz tutub.
Teleqraf xəbər verir ki, barədə Rusiya Federal Penitensiar Xidmətinin regional idarəsi məlumat yayıb.
Xəbərə görə, 50 yaşlı kişi ikinci dəfə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkib. Bu müddət ərzində o, yaxınlıqdakı məbəd işçilərinə kömək edib və zəngçalma işini mənimsəyib.
Azadlığa çıxandan sonra keçmiş məhkum əvvəlki səhvlərini təkrarlamamaq və kriminal keçmişinə qayıtmamaq üçün monastıra üz tutub.