BAKI, 8 fevral. TELEQRAF

Argentinada Buenos -Ayresin ətrafından axan Sarandi çayının rəngi qəfil dəyişərək qırmızı olub.

Teleqraf.com "Sky News"a istinadən xəbər verir ki, Sarandi çayının rəngini dəyişməsi tez-tez baş verir.

"Mən ömrüm boyu burada yaşamışam. Bu gün bizdə çay qırmızı oldu. Mən bu çayın boz, yaşıl, bənövşəyi, mavi, qəhvəyi rənglərini də görmüşəm", - yerli sakin jurnalistlərə deyib.

Yerli ekoloqlar əlavə araşdırma üçün artıq qırmızı sudan nümunələr götürüblər.

Ehtimal edilir ki, çayın kənarında çoxlu sayda zavodlar olduğu üçün onun rəngi tez-tez dəyişir.