BAKI, 7 fevral. TELEQRAF

Məşhur aktyor Edrian Brodinin başına qəribə bir hadisə gəlib.

Teleqraf xəbər verir ki, əhvalat "Brutalist" filmini çəkilişləri zamanı baş verib.

"Guardian" qəzetinin yazdığına görə, vizajist onun saxta burun qoyduğunu düşünüb və az qala onu qoparıb atacaqmış.

Kino ulduzunun sözlərinə görə, yeni əməkdaş solventlə təmizləməyə çalışıb.

Brodi özü bu barədə belə deyib: “O, sadəcə işini görürdü. Birdən mən soruşdum ki, siz mənim burnumu çıxarmağa çalışırsınız? O, “bəli” dedi. Mən də cavabında bildirdim ki, bu burun çıxmaz".

Vizajist bu hadisəyə görə üzr istəyib və bunu özünün "gündəliyində qeyd edəcəyini" bildirib.

Məsələ burasındadır ki, yaşlı macar memarı canlandıran aktyora çəkilişlər zamanı güclü qrim edilib və onun simasına müəyyən süni elementlər əlavə olunub.

Qeyd edək ki, yanvar ayında Edrian Brodi “Brutalist” filmindəki roluna görə "New York Film Critics Circle" mükafatını alıb. Brodi Azərbaycan tamaşaçısına daha çox "Pianoçu" filmindən tanışdır.