BAKI, 7 fevral. TELEQRAF

Bəzi adamlar gördükləri yuxunun çin çıxacağına inanırlar.

Teleqraf xəbər verir ki, məşhur rus psixoloqu Nailə Birarova bu barədə danışıb.

O bildirib ki, sirr özünüproqramlaşdırma effektindədir. Belə ki, təxəyyülü zəngin olan insanlar yuxuda arzu etdikləri səhnələri görməyə meyilli olurlar, bəzən bu daxili hazırlıq ətrafdakı hadisələri də çəkib arxasınca aparır.

N.Birarova qeyd edib: "Psixoloji baxımdan, burada insanın özünüproqramlaşdırmasından danışmaq olar".

Bununla yanaşı, ekspert bir məqamı da vurğulayıb ki, gecə baş beynin qabıqaltı strukturu istirahət edəndə hissiyyat nəyinsə baş verəcəyi barədə siqnal ötürə bilər. Amma bu daha çox insanın daxili həyəcanları ilə bağlıdır.