BAKI, 15 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Ermənistana 17 milyon 128.64 min dollar dəyərində məhsul ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, müvafiq göstərici ölkənin ümumi ixracının 0,10 faizini təşkil edib.
Hesabat dövründə Azərbaycan Ermənistandan 960 dollar dəyərində məhsul idxal edib.