Son illərdə əmək pensiyalarının ödənilməsi ilə bağlı xərclərin artması pensiyaçıların sayının demək olar ki, sabit qalması fonunda baş verir. Xərclərdəki artım əsasən pensiyaların indeksləşdirilməsi və dövlətin sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirdiyi digər tədbirlərlə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun digər xərc istiqaməti kimi saxlanma xərcləri qüvvədə olan normalara 2.5% sərhədi daxilində prognozlaşdırılıb:

“Bu xərclərin investisiya fəaliyyətinə əldə olan gəlirlər hesabına da növbəti illərdə maliyyələşməsi təklifinə baxılması ilə bağlı təklif irəli sürmüşük. Layihədə inzibati xərclər kimi qəbul edən Fondun fəaliyyətinin maliyyələşməsi ilə bağlı xərclər bir neçə ildə sabit məbləğdə prognozlaşdırmaqla icra edilir”.