BAKI, 5 noyabr. TELEQRAF

2027-ci ildə İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 200 milyon manat və ya 22,2% çoxolmaqla, 1,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, Fondun 2027-ci il üçün gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur.

“Fondun 2027-ci il üçün gəlirlərinin 50,6%-i və ya 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqlarından daxilolmalar üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 141,6 milyon manat və ya 14,2% çoxdur.
İcbari tibbi sığorta haqlarından daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşür.

Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 723 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur”, - deyə nazir əlavə edib.