BAKI, 5 noyabr. TELEQRAF

Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsi regionda ən investisiya yönümlü büdcədir.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, investisiya yönümlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 32,5% həcmində müəyyən olunub:

“Təhsil və elm, səhiyyə xərclərinin ÜDM-də payı 3,8% və müvafiq olaraq 1,5% həcmindədir ki, bu da yuxarı-orta bençmarklara uyğundur”.

Nazir müavini əlavə edib ki, icmal büdcənin xərclərinin qeyri-neft ÜDM-ə göstəricisi növbəti il üçün 46,2% həcmindədir.