BAKI, 5 noyabr. TELEQRAF
Büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin tərkibindəki payı yüksəldilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
O qeyd edib ki, bu əmək sistemində aparılan islahatlarla izah oluna bilər:
“Xərclərin maliyyələşmə mənbələri ilə bağlı digər bir məqam isə əvvəlki illərdən istifadə olunmamış vəsaitlərlə bağlıdır. Növbəti ildə 52 milyon manat məbləğində vəsaitin istifadəsi nəzərdə tutulur ki, bu cari ilin göstəricisindən təqribən 3.1 dəfə azdır. 2026-cı ilin sonuna gözlənilən icra ilə bağlı təqdim olunmuş məlumatlarda bu məbləğin cari ildə istifadə olunmayacağı da əks olunub”.