BAKI, 4 noyabr. TELEQRAF
2027-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniləcək müavinət xərclərinin 47,4 milyon manatı ötəcəyi proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xərcləri gələn il 47 milyon 375 min 686 manat təşkil edəcək. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 3 milyon 21 min 133 manat və ya 6,8% çoxdur.
Bundan əlavə, gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alanların sayı 37 538 nəfərə çatacaq. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 531 nəfər çoxdur.
2027-ci ildə bir nəfərə düşən müavinət günlərinin orta sayının 23,6, bir iş gününə düşən orta gündəlik qazancın isə 53,50 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2026-cı ildə bir iş gününə düşən orta gündəlik qazanc 50,80 manat nəzərdə tutulub.