BAKI, 5 noyabr. TELEQRAF
Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ilin 10 ayı ərzində 170 minə yaxın şəxsin işlə təmin olunmasına köməklik göstərilib.
Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
Nazir qeyd edib ki, Agentlik tərəfindən 15 min şəxsin peşə hazırlığına cəlb olunması təmin edilib.