BAKI, 6 noyabr. TELEQRAF
ABŞ-nin dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio vəzifəsindən istefa verərək növbəti prezident seçkilərinə hazırlaşacağı barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, Rubio bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, planı həmişə ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin sonunadək onun administrasiyasında çalışmaq olub.
“Mən işimi sevirəm. Kimsə vəzifəmdən gedəcəyimi deyəndə həmişə gülürəm. Cavabında soruşuram: Hansı vəzifəmdən?” – Rubio bildirib.
Dövlət katibi mediada onun mümkün istefası ilə bağlı məlumatların haradan qaynaqlandığını bilmədiyini də vurğulayıb.