BAKI, 6 noyabr. TELEQRAF
UEFA Avropa Liqasının Liqa mərhələsində IV turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, noyabrın 5-də baş tutan qarşılaşmalar maraqlı nəticələrlə yadda qalıb.
İtaliyanın “Milan” klubu doğma meydanda Macarıstan təmsilçisi “Ferentsvaroş”a 0:2 hesabı ilə məğlub olub. İngiltərənin “Bornmut” komandası isə səfərdə Çexiyanın “Sparta Praqa” klubunu 3:1 hesabı ilə üstələyib.
Türkiyənin “Beşiktaş” klubu Şotlandiyada “Seltik”ə 2:3 hesabı ilə uduzub. “Sanderlend” isə Xorvatiyanın “Dinamo Zaqreb” komandasına 0:2 hesabı ilə məğlub olub.
IV turun nəticələri:
“Milan” – “Ferentsvaroş” 0:2
“Sparta Praqa” – “Bornmut” 1:3
“Kristal Pelas” – “Hoffenhaym” 1:1
“Lillestrem” – “Viktoriya Plzen” 0:1
“NEC Neymegen” – “Omoniya” 3:1
“Levski” – “Yagelloniya” 1:0
“Real Sosyedad” – “Lion” 1:1
“Anderlext” – “Zalsburq” 2:0
“Seltik” – “Beşiktaş” 3:2
“Sanderlend” – “Dinamo Zaqreb” 0:2