2027–2030-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
O qeyd edib ki, 2026-cı il üzrə ölkədə yaşayış minimumunun dəyəri 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilib:
"2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib”.