BAKI, 6 noyabr. TELEQRAF
UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, noyabrın 5-də baş tutan qarşılaşmalar maraqlı nəticələrlə yadda qalıb.
Niderlandın “Ayaks” klubu səfərdə Danimarka təmsilçisi “Midtyulland”ı 6:1 hesabı ilə darmadağın edib.
Türkiyənin “Trabzonspor” komandası isə doğma meydanda Almaniyanın “Frayburq” klubuna 0:1 hesabı ilə məğlub olub.
İtaliyanın “Atalanta” klubu Qazaxıstan təmsilçisi “Kayrat”la 1:1 hesablı heç-heçə edib. Serbiyanın “Srvena Zvezda” komandası isə Andorranın “İnter Eskaldes” klubuna 2:1 hesabı ilə qalib gəlib.
III turun ilk doqquz qarşılaşmasında “Tun” və “Myallbü” də qələbə qazanıb.
III turun təsdiqlənən nəticələri
“Orhus” – “Braqa” 0:0
“Atalanta” – “Kayrat” 1:1
“Midtyulland” – “Ayaks” 1:6
“Tun” – “Harts” 3:1
“Srvena Zvezda” – “İnter Eskaldes” 2:1
“KuPS” – “Gent” 0:0
“Linkoln Red İmps” – “Hayduk Split” 1:0
“Myallbü” – “Borats” 2:0
“Trabzonspor” – “Frayburq” 0:1