BAKI, 15 iyul. TELEQRAF

Slovakiya şirkətlərini Azərbaycanı təkcə ayrıca bir bazar kimi deyil, daha geniş regiona açılan qapı kimi qiymətləndirməyə dəvət edirəm.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışında deyib.

"Əsas məqsəd sərbəst ticarət rejiminin mövcud olduğu daha geniş bazarın bir hissəsi olmaqdır. Cənubi Qafqaz kontekstində Gürcüstan Azərbaycanın ənənəvi güclü iqtisadi və nəqliyyat əlaqələrinə malik tərəfdaşıdır. Ermənistanla isə Azərbaycan ərazilərinin işğalına son qoyulmasından sonra aktiv sülh prosesi davam edir. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır”.