BAKI, 3 may. TELEQRAF

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Teleqraf xəbər verir ki, çəkisi 536 ton gübrədən ibarət 8 vaqon yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

09:52

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

Teleqraf xəbər verir ki, 8 vaqon yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.