BAKI, 7 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turu davam edir.

Teleqraf xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Şəfa” “Araz-Naxçıvan”ı qəbul edəcək. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

Günün digər oyununda isə “Zirə” ilə “Qəbələ” üz-üzə gələcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” doğma meydanda “Kəpəz”ə, “Turan Tovuz” isə səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XI tur
7 noyabr

16:00. “Şəfa” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“SOCAR Polymer Arena”

18:30. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov
VAR: Kamranbəy Rəhimov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu