BAKI, 7 noyabr. TELEQRAF
Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl uşaq pornoqrafiyası materiallarını saxlamaqda ittiham olunduğu cinayət işi üzrə həbsdən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 82 yaşlı Tomas Markl məhkəmə iclaslarında iştirak etmək öhdəliyi ilə sərbəst buraxılıb.
Ona qarşı uşaq pornoqrafiyası materiallarını saxlamaqla bağlı bir epizod üzrə ittiham irəli sürülüb. Markl özünü təqsirli bilməyib.
Azadlığa buraxıldıqdan sonra o, daha əvvəl saxlanıldığı Florida ştatındakı yaşlılar üçün yaşayış müəssisəsinə qayıdıb. Hüquq-mühafizə orqanları ondan pasportunu təhvil verməyi tələb ediblər.
Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosu (FTB) Tomas Marklın saxlanıldığını təsdiqləyib.
İttiham sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyə bilər.