BAKI, 17 oktyabr. TELEQRAF

2026-cı ildə icmal büdcədə xərclərin yuxarı həddi 48 milyard 839 milyon 322,6 min manat məbləğində müəyyən olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların gəlirləri nəzərə alınmadan, 2026-cı il üzrə icmal büdcə kəsirinin yuxarı həddi isə 16 milyard 902 milyon 226,6 min manat səviyyəsində təsdiqlənib.