BAKI, 18 iyul. TELEQRAF

İranın mərkəzində yerləşən Yəzd şəhərində bir neçə ardıcıl partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Hadisənin səbəbi və mümkün dağıntılar barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr silsiləsinə başladığını açıqlamışdı.