BAKI, 18 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin İranın Hörmüz boğazında yerləşən Lərək adasına zərbə endirdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İranın dövlət televiziya və radio şirkətinin məlumatına görə, raketlərdən biri adada yerləşən dəniz hərəkətinin idarə olunması mərkəzinin qülləsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

ABŞ tərəfi xəbərlə bağlı hələlik rəsmi açıqlama verməyib.