BAKI, 18 iyul. TELEQRAF
ABŞ-nin İranın Hörmüzqan vilayətindəki su duzsuzlaşdırma obyektlərinə endirdiyi zərbələr nəticəsində bir neçə kəndin su təchizatında fasilə yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ raketləri Cask şəhəri yaxınlığındakı Bunci kəndində yerləşən elektrik stansiyasını və su duzsuzlaşdırma qurğularını hədəfə alıb. Rəsmisinin sözlərinə görə, hücum su və enerji təchizatı obyektlərinin yerləşdiyi körpüyə endirilib.
Nəticədə ətraf kəndlərə içməli suyun verilişində fasilələr yaranıb.
Bundan əvvəl ABŞ raketlərinin İranın Lərək adasında yerləşən gəmi hərəkətinin idarəetmə mərkəzinin qülləsini vurduğu bildirilmişdi.