BAKI, 17 iyul. TELEQRAF
Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
M.Cabbarov əlavə edib ki, “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu da imzalanıb.