BAKI, 17 iyul. TELEQRAF
2026-cı ilin birinci yarısında Azərbaycan vətəndaşları Türkiyədə 388 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8.5% azdır.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin iyununda azərbaycanlılar qonşu ölkədən 72 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 4% azalma deməkdir.
İyunda Türkiyədə xarici vətəndaşlara 2 015 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 20,1% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,6% təşkil edib.
Ötən ay da Rusiya Federasiyası vətəndaşları Türkiyənin mənzil bazarında aktivliklərini qoruyub saxlayıblar. Ruslar Türkiyədən 381 mənzil alıblar. Ukrayna və İran vətəndaşları isə qonşu ölkədən mənzil alışında ikinci sırada yer alıblar.
Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.