BAKI, 17 iyul. TELEQRAF
Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində 5 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar – iyun ayları ərzində MR üzrə istehlakçılara 986,2 min manat ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,1 milyon manata yaxın olub.