BAKI, 15 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1.07% artaraq 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 26,73% artaraq 16 milyard 320.24 milyon ABŞ dolları olub. İdxal isə 27,61% azalaraq 8 milyard 341.11 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsində 7 milyard 979.13 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 5,9 dəfə çoxdur.