BAKI, 18 iyul. TELEQRAF
İran hərbçiləri İraq Kürdüstanındakı ABŞ hərbi bazalarına və separatçı qruplaşmaların mövqelərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Məlumata görə, hücum ABŞ-nin Hərir hərbi bazasında yerləşən qərargahına, eləcə də İraq Kürdüstanındakı separatçı qruplaşmaların mövqelərinə yönəlib.
Bundan əvvəl ABŞ qüvvələrinin ardıcıl yeddinci gecə İrana zərbələr endirdiyi bildirilmişdi.
İran rəsmiləri isə ABŞ hücumlarının daha iki-üç gün davam edəcəyi təqdirdə, Vaşinqtona qarşı hücum xarakterli əməliyyatlara başlayacaqları ilə hədələyiblər.