BAKI, 16 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri yay mövsümünün əvvəlindən bəri yeraltı qaz anbarlarına 27 milyard kubmetr qaz vurub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
İyulun əvvəlindən bəri anbarlara qaz vurulması ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb və son altı ilin ən aşağı səviyyəsinə düşüb.
Hazırda Avropanın yeraltı qaz anbarları cəmi 52,77% doludur. Anbarlarda hazırda 57,7 milyard kubmetr qaz mövcuddur ki, bu da ötən ilin ehtiyatlarından 11,7 milyard kubmetr azdır.
Qeyd edək ki, Avropa Komissiyasının tələbinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Anbarların doldurulması ilə bağlı çətin şərait yarandıqda isə 10%-lik elastiklik tətbiq oluna bilər.
Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanmasına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır. Hazırkı vəziyyətə görə isə Avropa qarşıdakı qış üçün tələb olunan qaz həcminin cəmi 40%-ni anbarlara yerləşdirə bilib.
n yüksəlir. Qaz isə atom, külək və günəş enerjisi ilə yanaşı elektrik enerjisi istehsalında əsas mənbələrdən biri hesab olunur.