BAKI, 18 iyul. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubunda ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının məhv edildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, İranın dövlət televiziya və radio şirkətinin yaydığı məlumata görə, SEPAH dronun Buşehr əyalətinin səmasında vurulduğunu bildirib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr dalğasına başladığını açıqlamışdı. Məlumata əsasən, ABŞ-ın hücumları artıq yeddinci gecədir ki, davam edir.

SEPAH-ın açıqlaması ilə bağlı ABŞ rəsmiləri hələlik rəsmi təsdiq və ya şərh verməyiblər.