GƏNCƏ, 18 iyul. TELEQRAF
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində "Mercedes" idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin parkinqinə aşıb.
Qəza nəticəsində "Mercedes"də olan 2005-ci il təvəllüdlü Aysel Mustafayeva ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.