BAKI, 18 iyul. TELEQRAF

Bəhreyndə gün ərzində dördüncü dəfə hava həyəcanı elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, hava həyəcanı siqnalı verilib və ölkə vətəndaşları, eləcə də sakinlər sakitliyini qoruyaraq ən yaxın təhlükəsiz sığınacağa getməyə çağırılıb.