BAKI, 15 iyul. TELEQRAF
2026-cı ilin ilk 6 ayında Azərbaycan 157 milyon 793.71 min ABŞ dollar dəyərində pambıq ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34.92% çoxdur. Ötən ilin yanvar–iyu aylarında pambıq ixracının dəyəri 116 milyon 957.66 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə pambıq idxalının dəyəri isə 5 milyon 213.43 min ABŞ dolları olub. Bu isə 2025-ci ilin göstəricisinə (4 milyon 954.30 min dollar) nisbətən 5.23% çoxdur.
Qeyd edək ki, birinci yarımildə pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.97%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.