BAKI, 15 iyul. TELEQRAF

Azərbaycan 2026-cı ilin yanvar-iyun aylarında 73 milyon 344.34 min ABŞ dolları dəyərində 168 min 300.05 ton azot gübrəsi ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkədən azot gübrəsinin ixracında 46.9% azalma olub. Dəyər ifadəsində isə 20.6% azalma qeydə alınıb.

Xatırladaq ki, 2025-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 92 milyon 373.95 min dollar dəyərində 316 min 877.61 ton azot gübrəsi ixrac edilmişdi.

Ötən il ümumi ixracın 0.45%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1.32%-i azot gübrəsinin payına düşüb.