BAKI, 18 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubunda iki neft tankerinin minaya düşərək alışdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, tankerlər ABŞ tərəfindən aldadılaraq minalanmış marşrutla hərəkət etməyə məcbur edilib. Qurum iddia edir ki, nəticədə hər iki gəmi minaya düşərək yanmağa başlayıb.
SEPAH Hərbi Dəniz Qüvvələri isə bildirib ki, ABŞ-nin hərəkətləri nəticəsində yaranan yüksək təhlükə səbəbindən Hörmüz boğazı gəmiçilik üçün bağlı olaraq qalır.